`Baş nazirin yalan vədlərindən bezmişik` - Erməni deputat


16:28     21 May 2016 ovik%20abramyan.jpg

Ermənistan parlamentinin deputatı Armen Rustamyan baş nazir Ovik Abramyanın monopoliya və korrupsiya ilə mübarizə barədə vədlərinə inanmır.


Rustamyanın sözlərinə görə, Abramyanın çoxlu sayda qohumları vəzifədə çalışır.

“Korrupsiya ilə mübarizə başlayan zaman kim kimi cəzalanacaq? Əgər kimsə cəzalanmayacaqsa, onda bu barədə bəyanat verməsinlər”, - deyə ermən deputat bildirib.

Rustamyan monopoliya və korrupsiya ilə mübarizə söhbətlərini eşitməkdən yorulduğunu deyib.

Qeyd edək ki, “İrates” nəşri Ermənistan hökuməti üç həftə ərzində baş nazir Ovik Abramyanın əhaliyə verdiyi vədləri yerinə yetirməsə, ölkədə böyük istefalar olacağını yazmışdı.

“Hamı əmindir ki, söz verilən islahatları yerinə yetirmək mümkün olmayacaq və hökumət aparatının rəhbəri David Arutyunyanın dəyişiklər barədə yazdığı və baş nazir Abramyanın səsləndirdiyi təkliflər əvvəldən iflasa uğrayıb. Bu çıxış altında kiməsə bir tərəfdən hökumətin səriştəsizliyini göstərmək, digər tərəfdən gələcək istefalar haqda yumşaq xəbərdarlıq etmək məqsədi var”, - deyə “İrates” yazır.

Mayın 12-də Ermənistanın baş naziri Ovik Abramyan ölkənin dövlət qurumlarında korrupsiya faktlarının olmasını etiraf edib.

Abramyanın sözlərinə görə, ölkədə korrupsiyanın səviyyəsi sosial sorğular da daxil olmaqla, müxtəlif dövlət orqanları tərəfindən ölçülməlidir. Bu göstəricilərin dinamikliyinə görə, həm dövlət orqanlarının rəhbərləri, həm də hüquq-mühafizə orqanları hesabat verməlidir:

“Biz vəziyyətin pis olduğu yerlərdə ixtisarlar da daxil olmaqla bır sıra qərarlar qəbul edəcəyik. Dövlət məmurlarının yaxınlarının və qohumlarının satınalmalar və müxtəlif proqramlarla pul mənimsəməsi üçün sərt qaydalar lazımdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1043